Tovuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Tovuz Rayon Məşğulluq Mərkəzinin direktoru Ülfət Hüseynov çıxış edərək, rayonda həyata keçirilən məşğulluq tədbirlərinin əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynadığını bildirib.Rayon icra hakimiyyətinin məsul işçisi Nəriman Eyvazov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Elçin Səlimov bildiriblər ki, işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunması məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən bir sıra məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları xüsusi yer tutur.Vurğulanıb ki, Tovuz rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib.Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 31 təşkilatdan 363 boş iş yerinin çıxarıldığı yarmarkada 71 nəfərə işə göndəriş verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…