Neftçalada əhalinin pulsuz tibbi-profilaktik müayinəsi mütəşəkkil keçirilir.Azərtac xəbər verir ki, aksiya başlanandan bu günə kimi 31 min 885 nəfər rayon sakini tibbi müayinədən keçirilib.Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsindən bildirib ki, humanitar aksiya rayon üzrə 64 min 415 sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 2 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Səyyar briqada fiziki imkanları məhdud və ahıl insanların müayinəsini evlərdə aparır. Bununla yanaşı, Rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kompaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə edilir.Rayon mərkəzi ilə yanaşı, təşkilatlarda çalışan və kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla davam etdirilir. Artıq 83 təşkilatın hamısında, 52 yaşayış məntəqəsindən isə 9-da tibbi müayinələr başa çatdırılıb.Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstaxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kompaniyaya cəlb olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan 1143 ambulatoriya, 10 nəfər stasionar müalicəyə cəlb olunub. Rayon şəraitində müalicəsi mümkün olmayan 14 xəstə isə Bakı şəhərindəki İxtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…