İsmayıllıda rayon icra hakimiyyətinin təşəbbüsü, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fevralın 2-də keçirilən əlaçı şagirdlərin I rayon forumunda Əlaçılar Şurası yaradılıb.Azərtac xəbər verir ki, “Təhsil əlaçılığından həyat əlaçılığına” devizi altında təşkil olunan forumda rayon üzrə 2025 nəfər əlaçı şagirdi təmsil edən yuxarı siniflərdən 200 şagird iştirak edib.Bildirilib ki, İsmayıllının təhsil nailiyyətləri ardıcıl olaraq artmaqdadır. Təkcə ötən təhsil ilində test imtahanlarından uğurla keçən 300 nəfərdən çox məzun universitetlərə qəbul olunub. Onlardan 28 nəfər 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov 700 bal qazanıb. Hər il qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələr üçün rayonda “Təhsil bayramı” keçirilir. Rayonun 22 məktəbi “Ən yaxşı məktəb” müsabiqəsinin qalibidir, “Ən yaxşı müəllim” müsabiqəsində isə bu şərəfli ada çatanlar 26 nəfərdir. 12 Əməkdar Müəllim şagirdlərə həyat yollarında bələdçilik edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…