Sentyabrın 16-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Azərtac xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən sənədin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasından “peşə və vəzifələrin” sözləri çıxarılacaq. İclasda “Turizm haqqında” Qanun layihəsi barədə müzakirələr aparılıb. Hadı Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. O, turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib. Qeyd edilib ki, sənəd səkkiz fəsildən və 93 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Müzakirələr zamanı deputatlar qanun layihəsi barədə fikirlərini açıqlayıb, rəy və təkliflərini veriblər. Deputatlar, həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxıblar. İclasda 2016-ci il payız sessiyasının iş planı da təsdiqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…