Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat və maarifləndirmə işlərinin bir istiqaməti də əmək müqaviləsi, onun işçilərin əmək və sosial hüquqlarının müdafiəsində əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, bununla əlaqədar qurum “Əmək müqaviləsi bağlayın! Gələcəyə güvənlə baxın!” adlı sosial çarx hazırlayıb. Çarxda əmək müqaviləsi, onun işəgötürənlə işçi arasında əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən, işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə, onların həyat və sağlamlıqlarının mühafizəsini təmin edən təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əməkhaqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək hüquqlarına yiyələnmələrinə əsaslı təminat yaradan hüquqi sənəd olduğu haqqında məlumat verilir. İşçilər, həmçinin əmək müqaviləsi ilə məcburi dövlət sosial sığortasına cəlb olunaraq fərdi uçot sistemində şəxsi hesaba malik olmaq imkanı qazanırlar. Həmin fərdi hesabda sosial sığorta ayırmaları hesabına toplanan vəsait isə gələcək sosial müdafiə hüquqlarının formalaşması üçün vacib rol oynayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…