Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla bərabər imkanlara malik olmaları üçün iqtisadi, sosial və hüquqi dövlət təminatları sisteminin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmizdə inklüziv təhsil sisteminin də beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Bu sahədə növbəti proqram kimi, Azərbaycan Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…