Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti paytaxtın Səbail rayonundakı 162 saylı məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, məktəbin müəllim və yuxarı sinif şagirdlərinin, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsinin iştirakı ilə keçən tədbirdə ölkə qanunvericiliyində uşaq əməyi ilə bağlı mütərəqqi beynəlxalq normalardan irəli gələn humanist yanaşmaların əksini tapdığı vurğulanıb. Bildirilib ki, milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir. Həmçinin 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağandır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək müqaviləsinin bağlanıldığı şəxs 15 yaşdan aşağı yaşda olduqda, bunu avtomatik şəraitdə müəyyən edir və sistemdə hər hansı belə əmək müqaviləsinin qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi mümkün deyildir.Seminarda 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları, ölkəmizin Əmək Məcəlləsində bununla bağlı əksini tapan prinsiplər barədə məlumatlar verilib. Belə şəxslərlə əmək müqaviləsinin onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edənlərin yazılı razılığı əsasında bağlanılmalı olduğu diqqətə çatdırılıb. Həmçinin həmin yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub. Onların əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və s. yeraltı işlərdə əmək fəaliyyətinə, habelə əxlaqi kamilliklərinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb olunmalarının da qanunla qadağan edildiyi bildirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…