Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti əhalinin ən çox istifadə etdiyi elektron xidmətlərdən biridir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətdən ötən ay 19 min 922 dəfə istifadə qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında isə “İş yerinə dair arayış” e-xidmətinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox, yəni 156 368 dəfə müraciət edilib. Vətəndaşlar “İş yerinə dair arayış” e-xidməti vasitəsilə ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə edə bilir. Artıq bu məqsədlə işəgötürənə müraciət olunmasına, bundan ötrü vaxt və əziyyət sərf edilməsinə ehtiyac qalmır. Əgər şəxs aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində əmək fəaliyyəti ilə məşğul olursa, öz seçiminə uyğun olaraq bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdir. Bu e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli, yaxud müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər aidiyyəti məlumatlar qeyd olunur. “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidməti e-arayışın təqdim edildiyi qurumlara həmin sənəddəki məlumatların düzgünlüyünü yoxlamaq imkanı verir. Qeyd olunanların nəticəsidir ki, hazırda vətəndaşlardan arayışların məhz elektron formada qəbul edilməsinə üstünlük verilir. 2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari il oktyabrın 1-dək 381 554 dəfə istifadə edilib. Ümumilikdə cari ilin 9 ayında əhali nazirliyin e- xidmətlərindən 4 491 884 dəfə faydalanıb. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin “Elektron hökumət” portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistik məlumatına əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabrın 1-dək portalda e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Həmçinin müşahidələrə əsasən, sosial yönümlü elektron xidmətlərə marağın daha çox olduğu, üç rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən 1 milyon 408 min 190 dəfə istifadə edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. Cari il fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilən bu xidmətdən 1 milyon 203 min 524 dəfə istifadə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir. Ötən ay vətəndaşlar nazirliyin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar ki, bu da “Elektron hökumət” portalına müraciətlərin 37 faizini təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…