Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Bu məqsədlə NKPİ-də təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.NKPİ-dən Azərtac-a bildiriblər ki, sənəddə neft-kimya və neft emalı, yüksək molekullu birləşmələr, üzvi sintez, kimyəvi kinetika və kataliz, korroziyadan müdafiə vasitələri, yaşıl kimya və onun tətbiqi, yeni və bərpa olunan enerji, alternativ yanacaqlar tədqiqatı, nanotexnologiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən tərəflər arasında doktorantların hazırlanması nəzərdə tutulur.Görüşdə NKPİ-nin direktoru, akademik Vaqif Abbasov anlaşma memorandumunun iki qurum arasındakı əlaqələrin qurulması və davamlı inkişafı, həmçinin elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. O, qonaqlara institutun şöbə və laboratoriyalarının əsas elmi fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…