Dekabrın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP arasında kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. BP bu sənədi əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları adından imzalayıb.Azərtac xəbər verir ki, anlaşma memorandumu çərçivəsində tərəflər birlikdə yeni biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcəklər.Tədbirdə çıxış edən BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli yerli biznes sektorunun inkişafına bundan sonra da dəstək vermək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan yaradan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyduğunu bildirib.B.Aslanbəyli qeyd edib ki, Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birgə 10 ildən artıqdır yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir: “Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet olmaqda davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilk illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün reallaşdırılmasında çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmət göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…