Fevralın 27-də “Azərbaycan və Bolqarıstan Audit Forumu” çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkə Prezidentinin Auditorlar Palatasına audit sahəsində mütərəqqi xarici təcrübənin öyrənilməsini və respublikada tətbiqini tövsiyə etdiyini qeyd edib.Palata sədri vurğulayıb ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası 40–a yaxın ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Bu siyahıya bu gündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil olub.Vahid Novruzov bildirib ki, yeni tərəfdaşımız -Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…