Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi və bu qurumun Rusiya və Xəzər regionu üzrə direktoru xanım Ayjana Yusupbekova ilə görüşüb.BANM-dən Azərtac-a bildiriblər ki, görüşdə E.Qasımov SPE-nin builki sammitinin bu ali məktəbdə keçirilməsindən məmnunluğunu ifadə edib. Rektor 1997-ci ildən bəri Azərbaycanda da fəaliyyət göstərən SPE-nin neft-qaz sahəsi üzrə mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolunu qeyd edib, BANM-in bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.D.Spedi təşkilatın fəaliyyətinə verdiyi önəm və dəstəyə görə BANM-in rektoruna təşəkkür edib.E.Qasımov BANM tələbələrinin SPE-nin fəaliyyətindən faydalana biləcəkləri imkanlar barədə maraqlanıb. Tərəflər hazırkı və gələcək əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr aparıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…