Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, müzakirələr noyabrın 15-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın görüşündə aparılıb. Ş.Mövsümov ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş zamanı V.Janq Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb. Görüşdə həmçinin Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…