İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) arasında əməkdaşlıq əlaqələri müzakirə edilib.ƏSF–dən Azərtac-a bildiriblər ki, müzakirələr Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simona Haberli, SECO-nun Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov ilə görüşündə aparılıb.Görüşdə qonaqlara ƏSF-nin fəaliyyəti, kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklər barədə məlumat verilib.Həmçinin ƏSF-nin əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər, SECO və Əmanətlərin Sığortalanması Fondu arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…