Avstraliya ilə İran arasında ticarətin inkişafı sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb. Bu barədə yaxın günlərdə avstraliyalı biznesmenlərlə birlikdə Tehranda səfərdə olmuş ticarət və investisiyalar naziri Stiven Çobo məlumat verib. Sənədi şərh edən nazir deyib: “Bu memorandum tərəflərə iqtisadi əməkdaşlığı genişləndirməyə və ticarət sahəsində prioritet bölmələri dəqiqləşdirməyə imkan verəcək”. Nazir əlavə edib ki, Avstraliya-İran ticari-iqtisadi əməkdaşlığında əsasən aqrobiznes, energetika və təbii ehtiyatlar, səhiyyə, su mənbələrindən istifadə, təhsil və peşə hazırlığı sahələrinə üstünlük veriləcək. Səfərin nəticələri barədə danışan S.Çobo qeyd edib ki, Avstraliya 2010-cu ildə bağlanan ticarət nümayəndəliyinin fəaliyyətini yenidən bərpa edib. Bu, avstraliyalı biznesmenlərə İran bazarının imkanlarını öyrənmək üçün əlverişli şərait yaradacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…