Avqustun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.Azərtac xəbər verir ki, memorandumun məqsədi sosial müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməyinin stimullaşdırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirləri və təlimlərin həyata keçirilməsidir. Bundan əlavə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının və hüquqi aktların hazırlanması prosesində təcrübə mübadiləsinin aparılması əməkdaşlığın əsas prinsiplərindəndir. “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması da memorandumun məqsədlərindən biridir. Həmçinin sənədə əsasən sağlamlıq imkanları məhdud gənclər əməklərinin maddi və mənəvi stimullaşdırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunacaq və onlar “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb ediləcəklər.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdıraraq bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, həmin xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…