Martın 14-də “Azlntelecom” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən “Poçtap” sosial layihəsi çərçivəsində 5 qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandum Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “BakuBus” MMC və Azərpoçt” MMC arasında imzalanıb.Sənədə əsasən, həmin qurumlar “Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları “Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.“Azərpoçt” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Sübhan Kazımov məlumat verib ki, “Poçtap” xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və “Şəbəkə” xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…