Martın 14-də Bakı Media Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının vacibliyini vurğulayıb.Agentliyin sədri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum 2017-ci ilin fevral ayından Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla yaradılıb. Bu ilin yanvar ayından isə artıq fəaliyyətə başlayıb. Sözügedən fərman qida təhlükəsizliyi sahəsində təkmilləşdirilmə sisteminin həyata keçirilməsidir.Q.Təhməzli bildirib ki, ən vacib məqamlardan biri qida təhlükəsizliyi zəncirində iştirak edən subyektlərin özlərinin qida təhlükəsizliyi haqqında məlumatlandırılması, eyni zamanda ictimaiyyətin maarifləndirilməsidir. Bu məsələ həm də yaxın zamanda qida təhlükəsizliyi anlayışının formalaşmasını və hər bir Azərbaycan vətəndaşının sağlamlığına ictimai nəzarəti təmin edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…