Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə hazırda Tehranda səfərdə olan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hossein Entezami imza atıblar. 10 maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…