“SOCAR Methanol” MMC əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə gənc kadrların işə cəlb olunması, kadrların inkişafında və onların formalaşmasında uyğun şəraitin yaradılmasını təmin etmək məqsədilə “SOCAR Polymer” MMC ilə təcrübəçilər haqqında məlumatın mübadiləsinə dair anlaşma memorandumu imzalayıb.MMC-dən Azərtac-a bildirilib ki, SOCAR-ın iki törəmə şirkəti “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC yeni gənc peşəkar nəslin yetişməsinə şərait yaratmaq və yeni istedadları üzə çıxartmaq məqsədilə birgə əməkdaşlığa başlayıb. Belə ki, imzalanmış memorandum əsasında “SOCAR Polymer” MMC tərəfindən təşkil olunmuş 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak edən bacarıqlı gənclər “SOCAR Methanol” MMC-nin idarə etdiyi metanol zavodunda təcrübə üçün cəlb olunacaqlar. Təcrübəçilər zavodun fəaliyyəti ilə yaxından tanış olacaq, əsas istehsalat, köməkçi istehsalat, istehsal avadanlıqlarının təmiri və baxışı, nəzarət ölçü cihazları sahələri üzrə özlərini sınamaq imkanı əldə edəcəklər. İstehsalat zəruriyyətini nəzərə alaraq və fərdi nəticələr əsasında seçilmiş gənc mütəxəssislər “SOCAR Methanol” MMC-də daimi işlə təmin oluna bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…