Dekabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla İndoneziya nümayəndə heyəti ilə görüşüb.Görüşdə ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.ADU-dan Azərtac-a bildirilib ki, sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə əməkdaşlığın qurulması nəzərdə tutulur.Rektor K.Abdulla universitetlərarası layihələrin həyata keçirilməsi üçün imkanlar yaratmağın vacib olduğunu deyib. İndoneziya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması ilə bağlı böyük işlər görüldüyü üçün təşəkkürün bildirən rektor ADU-nun indoneziyalı müəllim və tələbələrin üzünə daim açıq olduğunu vurğulayıb.K.Abdulla Azərbaycanda multikulturalizmlə bağlı görülən işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay və qış məktəbləri layihəsində indoneziyalı tələbələrin də iştirak etmələrindən məmnunluğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…