Əməkdaşlıq müqaviləsi imzalanıb

2 Noyabr 2017 12:30

Xəbər 1070 dəfə oxunub

Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) ilə Avropa Üzgüçülük Federasiyası (LEN) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Azərtac xəbər verir ki, imzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, LEN-in prezidenti Paolo Barelli, AÜF-in prezidenti Xanlar Fətiyev və digər şəxslər iştirak ediblər.Əməkdaşlıq müqaviləsinin imzalanmasının üzgüçülüyün ölkəmizdə inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən nazir Azad Rəhimov bildirib: “Paolo Barelli həm də İtaliya Üzgüçülük Federasiyasının prezidentidir. Bu görüşün məqsədi federasiyalarımız və ölkələrimiz arasında sıx əməkdaşlıq qurmaq və Azərbaycanda üzgüçülüyün, su idmanının bütün növlərini inkişaf etdirməkdir. Bununla yanaşı, bu müqavilə gələcəkdə ölkəmizdə su idmanı komplekslərində beynəlxalq yarışların keçirilməsini də nəzərdə tutur.Paolo Barelli rəhbərlik etdiyi hər iki qurumun idmanın müvafiq növləri üzrə Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. O, azərbaycanlı üzgüçülərin Avropada keçirilən beynəlxalq yarışlarda qalib idmançılar sırasında görmək istədiyini qeyd edib.xeber100.com