Əməkdaşlıq perspektivləri müzakirə olunub

7 Mart 2017 11:29

Xəbər 775 dəfə oxunub

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb.Rauf Əliyev, həmçinin UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Futbol Komitəsinin sədr müavinidir.xeber100.com