Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini S.Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.Nazirlikdən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində S.Talıbov FAO-nun baş direktorunun müavini Daniel Gustafson ilə görüşüb.Görüş zamanı S.Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı sərəncamlar və bu sahəyə göstərilən dövlət dəstəyi barədə söz açıb, dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin önəmini vurğulayaraq, FAO ilə gələcək əməkdaşlığın bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…