Əməkdaşlıq sazişi imzalandı

5 Aprel 2016 14:34

Xəbər 714 dəfə oxunub

 

Aprelin 4-də İstanbulda Türk Şuras ilə BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisi (UNOSSC)  arasında  Memorandum  imzalanıb.

Apa-nın Türkiyə müxbirinin verdiyi məlumatına görə, Memorandumu Türk Şurasının baş katibi Ramil Həsənov və UNOSSC direktoru Jorge Çediyek imzalayıblar. İmza mərasimində çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov, Şuranın təkcə üzv ölkələrlə deyil, dünya miqyasında çoxtərəfli  əməkdaşlığa önəm verən  ölkə  və qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb: ”Bu gün bizim üçün önəmli bir gündür. Çünki Türk Şurası BMT-nin önəmli ofislərindən biri ilə əməkdaşlıq sazişi imzalayır. Fəaliyyət dairəmizi genişləndirmək üçün  bütün planlarımızı qlobal əməkdaşlıq məsələləri üzərində qurmağa çalışırıq.BMT proqramı direktoru bu gün Dubayda başqa bir sazişi imzalayaraq İstanbula gəlib.Bu fakt BMT-nin bizim təşkilatımıza verdiyi önəmi əyani şəkildə göstərir”. UNOSSC ofisinin direktoru Jorge Çediyek isə imza mərasimində Türkiyənin ona doğma bir ölkə  olduğunu və Türk Şurası ilə  Memorandumu    İstanbulda imzalamasının onun üçün simvolik əhəmiyyət daşıdığını  vurğulayıb :”Türk Şurası ilə çox səmərəli və faydalı əməkdaşlıq edəcəyimizə inanıram.BMT-nin bu proqramı 1992-ci ildə dünyanın dəyişən şərtlərində ölkələr və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha da dərinləşdirmək üçün yaradılıb.O vaxt mən Ankarada işləyirdim.Türkiyə mənə son dərəcə doğma bir ölkədir. Türk Şurası ilə imzaladığımız  Memorandum qarşılıqlı əməkdaşlığımızın inkişafına güclü təkan verəcəkdir”. Qeyd edək ki, UNOSSC  ilə imzalanmış Memorandum Türk Şurasının son 3 ayda üçüncü  beynəlxalq təşkilatla imzaladığı  əməkdaşlıq sazişidir.

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42