“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti (SC) arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki qurum arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, təcrübə mübadiləsinin həyata keçirilməsidir.Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında ilboyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.Eyni zamanda, yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə hər iki qurum tərəfindən birgə addımların atılması planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…