Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların ləğvedicisi kimi “Azərbaycan Kredit Bürosu” MMC ilə müqavilə imzalayıb.ADIF-dan Azərtac-a bildiriblər ki, ləğv prosesində olan banklar kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi ilə bağlı “Azərbaycan Kredit Bürosu” ilə məlumat mübadiləsini həyata keçirəcəklər.Büro fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək vermək məqsədini daşıyır.Belə ki, ləğv prosesində olan banklar öz müştərilərinin digər banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən müştərinin kredit tarixçəsi nəzərə alınacaq.Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Gəncəbank” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Royalbank” ASC, QSC “Bank Standard”, “Bank of Azerbaijan” ASC, “Dekabank” ASC, “Yunayted Kredit Bank” ASC və “Qafqaz İnkşaf Bankı” ASC-nin ləğvedicisidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…