Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “DəmirBank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə müraciət edib.Fonddan Azərtac-a bildiriblər ki, “DəmirBank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslər ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “DəmirBank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablar, nağd qaydada isə ləğv prosesində olan “DəmirBank” ASC-nin baş ofisi və filial şəbəkəsi və “DəmirPay” ödəniş terminalları vasitəsilə edə bilərlər.Banka borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat üçün “DəmirBank” ASC-nin “Əməliyyat İdarəsi” filialına müraciət edə bilərlər.Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 2017-ci il 27 dekabr tarixli qərar qəbul edilib. Eyni qərarla ləğv prosesində olan “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu dekabrın 27-dən ləğvedici təyin edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…