Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Nazirliyin Mətbuat xidmətindən “APA-Ecoonmics”ə verilən məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bankı tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb. Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” qanunun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın – “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…