“Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.Əmanətlərin Sığortalanması Fondundan Azərtac-a bildiriblər ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün fondun kifayət qədər vəsaiti mövcuddur. Qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək.Xatırladaq ki, 2016-cı il martın 2-də qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və bu tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli 49 saylı qərarı ilə “Dəmirbank” ASC–yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya dekabrın 23-də ləğv edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…