Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri, yazıçı-publisist Əhməd Urfanlının “Əmirdağ Qarabağ türkmənləri” yığcam həcmli kitabı çapdan çıxıb. Kitabda 1830-cu ildə Azərbaycanın Qarabağ bölgəsindən Osmanlı ərazisinə köç etmiş qarabağlılar barədə geniş məlumat əksini tapıb. Nəşrdə bildirilir ki, Cavad xan qəhrəmancasına həlak olandan sonra çar Rusiyasının Şimali Azərbaycanda getdikcə möhkəmlənməsi yerli əhali tərəfindən ciddi narazılıqla qarşılanıb. Həmin dövrdən etibarən Azərbaycanın bir sıra bölgələrindən yerli əhalinin Osmanlı ərazisinə köçü başlayıb. Əskişəhərin Əmirdağ bölgəsində məskunlaşan qarabağlıların həmin dövrdə bu əraziyə köç etmələrinin başlıca səbəbi məhz çar Rusiyasının Azərbaycanda bərqərar etdiyi üsul-idarəyə etirazla bağlıdır. Türkiyənin ictimai-siyasi həyatında fəal mövqe tutan Əmirdağın daimi sakinləri olan qarabağlılar bu günə qədər Qarabağın adət və ənənələrini, mənəvi dəyərlərini yaşadır, hətta Qarabağda bitən nadir ağac və bitkiləri bu bölgədə becərirlər. Kitab Əskişəhərin Davulğa bələdiyyəsinin sədri, əslən Qarabağdan olan Salih Gündoğanın ön söz müəllifliyi və himayədarlığı ilə nəşr olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…