Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxmuş daha iki nəfər müalicə edilib. Bu barədə Əmirliklərin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb. Beləliklə, bu ölkədə olan səkkiz xəstədən üçün tam müalicə edilərək xəstəxanadan buraxılıb.Azərtac nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, koronavirus xəstəliyindən tam müalicə olunan ilk pasiyent 73 yaşlı Çin vətəndaşı Lyu Yuytzya olub. Xəstəxanadan tamamilə sağlam vəziyyətdə buraxılan digər şəxslər isə 41 yaşlı çinli və onun səkkiz yaşlı oğludur.“Emirates” informasiya agentliyinin xəbərinə görə, Çinin BƏƏ-də baş konsulu Li Syuxan və Əmirliklərin Səhiyyə və Profilaktika Nazirliyinin beynəlxalq idarəsinin rəhbəri Fatima Əl Əttar sağalmış pasiyentlərlə görüşərək onları təbrik ediblər. Çinli diplomat koronavirusla mübarizədə onun ölkəsi ilə həmrəylik nümayiş etdirdiklərinə görə nazirliyin rəhbərlərinə və həkimlərə minnətdarlıq edib.Fatima Əl Əttar qeyd edib ki, aparılan son tədqiqatlar koronavirus xəstəliyinin 98 faiz müalicə oluna biləcəyini göstərir. O əlavə edib ki, digər 5 xəstənin müalicəsi davam etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…