Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib.Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yaranıb. Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96.6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunub. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırıb. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib.Rəqabətli mühitdə özəlləşdirilən digər qeyri-yaşayış sahəsi Bakı Şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 min 750 manat təyin olunub. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirib.Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki “Material Təchizat” adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirilib. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…