Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşdirilmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyət, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.Komitədən Azərtac-a bildirilib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşdirmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşdirmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyükhəcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşdirmədə operativliyi təmin edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…