Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 25-də və mayın 2-də keçirilməsi nəzərdə tutulan yeni hərraclar elan olunub.Komitədən Azərtac-a bildirilib ki, aprelin 25-də keçiriləcək hərraca ümumilikdə 20 səhmdar cəmiyyət çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Hərraca çıxarılan müəssisələr sırasında “Ağcabədi Aqrotexservis”, “Astaraçay-3”, “Masazır Quşçuluq”, “Masallı Şıxlar Broyler”, “Neftçala Ət” kimi iri dövlət əmlakları var. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla, hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10 faizi həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.Komitədən bildirilib ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…