Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, komitə dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesinə böyük investor kütləsini cəlb etmək üçün daha bir innovativ layihə olan Elektron Hərracı istifadəyə verib. Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…