Dekabrın 3-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda nəqliyyat vasitələri özəlləşdirilib.Əmlak Məsələləri Dövlət Komitəsindən Azərtac-a bildirilib ki, nəqliyyat vasitələrindən biri rəqabətli şəkildə özəlləşdirilib. Belə ki, 2005-ci il istehsalı olan “Chevrolet Niva”nın ilkin qiyməti 4 min manat olsa da artırılan təkliflər nəticəsində maşın 5200 manata özəlləşdirilib.Bundan başqa, alman istehsalı olan “Mercedes Benz Viano” da alıcıların diqqətini cəlb edib. İstehsal ili 2012-ci il olan bu maşın 36 min manata özəlləşdirilib. Digər özəlləşdirilən nəqliyyat vasitəsi isə Rusiya istehsalı olan “QAZ-221721”dir.Qeyd edək ki, növbəti özəlləşdirilmə hərracı dekabrın 10-da keçiriləcək. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və iştirak statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Vətəndaşlar dövlət əmlakları üzrə sifarişləri elektron formada verməklə yanaşı, hərraclarda onlayn iştirak edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…