Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə intensiv olaraq keçirilən açıq hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ölkəyə investisiya cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, paytaxt ilə yanaşı respublikanın müxtəlif şəhər və rayonlarında müxtəlif növ daşınmaz dövlət əmlakları hərrac vasitəsilə potensial investorlara təklif olunur.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, növbəti belə hərrac martın 14-də keçirilib.Hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir.Qeyd olunub ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin biri paytaxtın Nərimanov rayonunda, ikisi isə müvafiq olaraq regionlarda – Gəncə və Mingəçevir şəhərlərində yerləşir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…