Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti dəfə “Kütləvi çıxarış” kampaniyası 5 avqustda Xızının Yeni Yaşma kəndində keçirilib. Komitədən “Apa-Economics”ə verilən məlumata görə, budəfəki kampaniyanın özəlliyi vaxtilə kənddə 295 ailəyə ayrılıb, lakin faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi olub. Belə ki, komitə tərəfindən belə torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparılıb. Bununla da, faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib. Beləliklə, kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…