Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinə üzv seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Apa-ya bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Əmr Musanın sözlərinə görə ki, dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu İdarə Heyətinə qoşulmaq şərəfdir. Qeyd edək ki, Əmr Musa ərəb dünyasının siyasi həyatında fəaliyyət göstərən ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT,Hindistan və İsveçrədəki səfiri olub, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifələrində çalışıb, Livan vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Əmr Musa Misir Prezidentliyinə namizəd olub, 2013-cü ildə Misirin yeni konstitusiyasının yazan 50 nəfərlik komitəyə rəhbərlik edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…