Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, turnirin 10-cu turunun oyunlarının mərkəzi görüşü dünya reytinqində birinci və ikinci pillələrdə qərarlaşan norveçli Maqnus Karlsenlə amerikalı Fabiano Karuana arasında keçirilib. Onların mübarizəsi sülhlə nəticələnib. İki tur əvvəl dünya çempionu Maqnus Karlseni məğlub edən, daha sonra isə Alireza Firuzca (FİDE) ilə sülh bağlayan 18 yaşlı rusiyalı şahmatçı Andrey Yesipenko bu turda ispaniyalı David Anton Quijarronu məğlub edərək ümumi qələbə uğrunda mübarizəni davam etdirir. Meydan sahibi Aniş Girinin turnirdəki uğurlu çıxışını xüsusi qeyd etmək lazımdır. “Heç-heçələr kralı” kimi tanınan Giri 2021-ci ilin ilk turnirində möhtəşəm performans göstərərək yarışda dördüncü qələbəsini qazanıb. Bu dəfə o, polşalı Radoslav Voytaşekdən üstün olub. Qazanılan qələbə Girini yarışın vahid lideri edib.Beləliklə, 10 turdan sonra Alireza Firuzca, Fabiano Karuana, Andrey Yesipenko 6,5 xalla 2-4-cü, niderlandlı Yorden Van Forest 6 xalla 5-ci, Maqnus Karlsen 5,5 xalla 6-cı yerdə qərarlaşıblar. Sonrakı pillələrdə isə hindistanlı Pentala Harikrişna, İsveç təmsilçisi Nils Qrandelius (5 xal, 7-8-ci yer), fransalı Maksim Vaşye-Laqrav, polşalı Yan Kşiştov Duda, norveçli Aryan Tari (4 xalla 9-11-ci yer), David Anton Quijarro, Radoslav Voytaşek (3,5 xal, 12-13-cü yer), Almaniya təmsilçisi Aleksander Donçenko (3 xal, 13-cü yer) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…