Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb. Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Azərtac xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir təhsil sahəsində həyata keçirilən proqram və layihələrdən, bu sahədə qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıb. Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və digər çıxış edənlər müsabiqənin əhəmiyyətini diqqətə çatdırıblar. Sonra müsabiqənin nəticələri barədə məlumat verilib, qaliblərə diplom və mükafatlar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…