Xəbər verdiyimiz kimi, İordaniyada Ərəb Dövlətləri Liqasının (ƏDL) 28-ci sammiti keçirilir.Liqanın üzvü olan 18 ölkənin dövlət başçısının iştirak etdiyi bu sammitdə BMT-nin baş katibi Antoniu Quterreş çıxış edib. Baş katib bildirib ki, Fələstinlə İsrail arasında münaqişənin tənzimlənməsinin yeganə yolu “iki dövlət” konsepsiyasına əsaslanmalıdır.Onun sözlərinə görə, münaqişənin bu yolla həllinə əngəl törətmək üçün göstərilən bütün cəhdlərə son qoyulmalıdır.Sammitin əsas müzakirə mövzuları Fələstin problemi, ərəb sülh təşəbbüsünün fəallaşması və İsrailin Yerusəlimdə yeni məskənlər salmaq fəaliyyəti ilə bağlı məsələlərdir.Sammit iştirakçıları, o cümlədən Suriyada və Liviyada regional problemlərin və münaqişələrin bütün kompleksini, Sudanda sülh prosesinin dəstəklənməsi, Somalinin inkişafı məsələlərini müzakirə edəcək, münaqişələrin tənzimlənməsinə ümumi münasibət və ərəb regionunda mövcud təhdidlərə qarşı birgə fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…