Suriyada sülh bərqərar olmayanadək və hava zərbələrinə son qoyulmayanadək Türkiyə Suriyadan qaçqın axınını dayandıra bilməyəcək. Türkiyə mətbuatının xəbərinə görə, bunu Ekvadorda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim avropalı dostlarımız istəyirlər ki, Türkiyə qaçqın axınını dayandırsın. Axı hava zərbələri endirilərkən, biz bunu necə dayandıra bilərik?”, deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti milyonlarla suriyalı qaçqının problemlərinin həllinə və ölkənin mədəni irsinin çoxsaylı abidələrinin dağıdılmasının qarşısının alınmasına laqeyd yanaşdıqlarına görə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO və BMT-nin YUNİSEF Uşaq Fondu daxil olmaqla, beynəlxalq qurumları tənqid edib.
”Bizim region ağır dövr yaşayır, Suriyadakı böhran İkinci Dünya Müharibəsi dövründən bu vaxtadək ən böyük insanlıq faciəsi yaradıb”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə 2,7 mln suriyalı qaçqını qəbul edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…