İyunun 9-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində “Əvvəl dəniz vardı” antologiyasının təqdimatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Galindo da iştirak edib. Mərkəzdən Azərtac-a bildirilib ki, Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının yaxın vaxtlarda təqdimatı keçiriləcək. Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb. A.Məsud antologiyada yer alan Kolumbiya poeziya nümunələrinin də yüksək bədii dəyərə malik olduğunu söyləyib. Marta Galindo Azərbaycan kitabxanalarında Q.Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və bu böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb. Sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Görüş zamanı layihənin davamı kimi, Azərbaycan şairlərinin şeirlərinin də ispan dilinə tərcümə olunaraq Kolumbiyada nəşri məsələsi müzakirə olunub. İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses ispan dilli şairlərin iştirakı ilə aparılacaq. Eyni zamanda, azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…