“Еrfurt Thueringer Allgemeine” nəşri Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb. Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub.Bu biznesə erməni mafiyasının ehtimal olunan iştirakçıları, sabiq bank işçiləri və kredit alınması üzrə digər vasitəçilər cəlb ediliblər. Müstəntiqlər hesab edirlər ki, bu kredit biznesinin arxasında pulların yuyulması sistemi dayanır. Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi və dövlət prokurorluğu 2009 və 2015-ci illərdə erməni mafiyasına qarşı təhqiqat aparıblar. Bu geniş təhqiqat zamanı həmin orqanlar məlum saxta strukturlarla üzləşiblər.Əksər hallarda kreditləri uydurma şəxslər alıblar. Müvafiq təkliflər üçün banklarda əməkhaqqı, vergi haqqında arayışlar və digər sənədlər saxtalaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…