İyunun 17-də futbol üzrə Rusiya və Yeni Zelandiya milli komandalarının qarşılaşması ilə 10-cu Konfederasiyalar Kuboku turnirinə start verilib.Azərtac xəbər verir ki, Sankt-Peterburq stadionunda keçirilən turnirin ilk oyununda Rusiya yığması rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunun 31-ci dəqiqəsində Yeni Zelandiya millisinin futbolçusu Mixael Boxall topu öz qapısından keçirib. Görüşün 69-cu dəqiqəsində isə Rusiya yığmasının hücumçusu Fedor Smolov hesab arasındakı fərqi iki topa çatdırıb. Bu hesab matçın sonunadək dəyişməyib.“A” qrupunda ikinci oyun iyunun 19-da Portuqaliya və Meksika komandaları arasında keçiriləcək.İyulun 2-dək davam edəcək çempionatda FIFA-nın tərkibinə daxil olan 6 konfederasiyanı təmsil edən səkkiz komanda iki qrupda mübarizə aparır. “A” qrupunda ev sahibi Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, “B” qrupunda isə Kamerun, Çili, Avstraliya və Almaniya milliləri yer alıblar.Qrup mərhələsinin oyunlarına iyunun 25-də yekun vurulacaq. Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşması iyulun 2-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…