Yaponiyanın cənub-qərbində yerləşən Küsyu adasının 1,2 milyondan çox sakini leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən təxliyə xəbərdarlığı alıb.Kyodo agentliyi xəbər verir ki, təcili təxliyə zonasında təxminən 1,24 milyon insanın yaşadığı 58 min bina yerləşir. Adanın Kaqosima, Amakusa, Kirisima və Ayra şəhərlərində insanların həyatı üçün real təhlükə yaranıb.Kaqosima şəhərində təbii fəlakət yaşlı qadının ölümünə səbəb olub. O, torpaq sürüşməsinin altında qalan evini vaxtında tərk edə bilməyib.Yaponiya hökuməti regiondakı vəziyyətlə bağlı təcili qərargah yaradıb. Hazırda özünümüdafiə qüvvələrinin yerli əhaliyə və xilasetmə xidmətlərinə yardım etmək məqsədilə zərərçəkən rayonlara göndərilməsi imkanları müzakirə olunur.Bu saatlarda Küsyu adasında intensiv yağış yağır. Milli Meteorologiya İdarəsinin proqnozuna əsasən, sutka ərzində regiona 900 millimetr yağıntı düşə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…