Dekabrın 8-də Yaponiyada 13-cü klublararası dünya çempionatına start veriləcək.Azərtac xəbər verir ki, mundialda qaydalara uyğun olaraq altı konfederasiyanın Çempionlar Liqasının qalibi ilə yanaşı, təşkilatçı ölkənin ən yaxşı komandası da iştirak edəcək.Dünya çempionatında “Real Madrid” (İspaniya), “Atletiko Nasional” (Kolumbiya), “Amerika” (Meksika), “Mamelodi Sandaunz” (CAR), “Conbuk” (Koreya Respublikası), “Oklend Siti” (Yeni Zelandiya), “Kaşima” (Yaponiya) klubları qalib adı uğrunda mübarizə aparacaqlar.Səkkiz matçdan ibarət yarış Osaka və Yokohama şəhərlərində keçiriləcək.Bir qayda olaraq Avropa və Cənubi Amerika təmsilçiləri turnirə yarımfinaldan qoşulacaqlar. Yarımfinal oyunlarınadək isə 5 klub öz arasında iki ən yaxşını müəyyənləşdirəcək.Yarışın açılış matçı Yaponiya çempionu “Kaşima” ilə Okeaniyanın ən güclüsü “Oklend Siti”ni arasında oynanılacaq.Turnirin final oyunu isə dekabrın 18-də keçiriləcək.Xatırladaq ki, ötən il İspaniyanın “Barselona” komandası finalda Argentinanın “River Pleyt” klubunu məğlub edərək tarixində üçüncü dəfə mundialın qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…