“Güney Azərbaycan vilayətləri apreldə Azərbaycan paytaxtı Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək”. Bu barədə Ərdəbil Vilayəti Mədəni İrs Təşkilatının Turizm üzrə sədr müavini jurnalistlərlə görüşündə məlumat verib.
Qadir Tağızadə bildirib ki, aprelin 7-9-da (fərvərdinin 19-21-də) Bakıda keçiriləcək sərgiyə ölkənin şimal vilayətləri qatılacaq. “Planlaşdırmaya görə, sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətləri ilə yanaşı Araz və Makı azad ticarət məntəqələri də iştirak edə bilər. Adı çəkilən qrupdan bu günə qədər yalnız Şərqi Azərbaycan, Ərdəbil və Makı azad ticarət məntəqəsi sərgiyə qatılacaqlarını elan ediblər”- deyə o qeyd edib.
Q.Tağızadə sözlərinin sonunda Bakıda keçiriləcək sərgini, bölgənin turizm potensialını tanıtdırmaq üçün yaxşı bir fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, bölgənin turizm potensialını əks etdirən braşura, poster, turizm xəritəsi və lövhələr kimi müxtəlif reklam-çap məhsulları Azərbaycan türkcəsində hazırlanacaq.
Qeyd edək ki, aprelin 7-9-da Bakıda regionun ən böyük turizm tədbirlərindən biri – 15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi – “AITF 2016” işinə başlayacaq. Hazırda sərginin keçirilməsi üçün hazırlıq işləri aparılır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…